Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi vəzifəlilərin təlim toplanışları davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Hərbi vəzifəlilərin təlim toplanışları davam edir

Hərbi vəzifəlilərin təlim toplanışları davam edir


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən növbəti təlim toplanışı davam edir.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi hissələrdə yaradılan toplanış məntəqələrinin qərargahlarında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçir, eləcə də hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Toplanış zamanı hərbi vəzifəlilərə Ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında plana uyğun olaraq müxtəlif tapşırıqlar icra edilir.

Geri dön