Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb


"Rusiya-Azərbaycan münasibətləri uğurlu, etibarlı və çox praqmatik inkişaf edir."

Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya- Azərbaycan dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraqlara və müəyyən dərəcədə qarşılıqlı simpatiyaya əsaslanır.
Putin Azərbaycanda rus dilində 300-dən çoz məktəbin fəaliyyət göstərməsinə başqa cür izahın tapa bilmədiyini söyləyib.

Rusiya dövlət başçısı ikitərəfli iqtisadi əlaqələri tempinin də çox yaxşı inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, iki ölkə arasında münasibətlər diversifikasiya olunub.

Putin iki ölkə arasında logistika sahəsində əlaqələrdən də danışıb. Qeyd edib ki, Şimal-Cənub marşrutu üzrə yüklərin göndərilməsi Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq.

“Bu Şimal-Cənub yoluna gəlincə, o, çox yaxşı və məşhur beynəlxalq dəhlizə çevrilə bilər. Buradan birbaşa, Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və oradan da Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalı ilə yüklərin daşınmasından demək olar ki, 10 gün tezdir”, deyə Rusiya prezidenti vurğulayıb

Geri dön