Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağ Ev Ukrayna ordusunun ABŞ silahları ilə Rusiyaya hücum etdiyini etiraf edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ağ Ev Ukrayna ordusunun ABŞ silahları ilə Rusiyaya hücum etdiyini etiraf edib

Ağ Ev Ukrayna ordusunun ABŞ silahları ilə Rusiyaya hücum etdiyini etiraf edib


Rəsmi Kiyev artıq Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etmək icazəsindən yararlanıb.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Vaşinqtonun bundan əvvəl rəsmi Kiyevə qoyduğu qadağa məntiqli deyil: "Ona görə də dövlət başçısı Ukraynanın xahişini təmin etmək qərarına gəldi".

Qeyd edək ki, mayın 30-da “Politico” qəzeti ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün ABŞ silahlarından istifadə etməyə gizli icazə verdiyini yazmışdı.

Geri dön