Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb


Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Dağıstanda baş verən silahlı hücumlar səbəbilə vətədaşlara Rusiyaya səfər etməməyi tövsiyə edib.

Hayaşi Yaponiyanın Rusiyada baş verənlər, o cümlədən Dağıstandakı terror aktları haqqında məlumat topladığını və məlumatları təhlil etdiyini deyib.

“Yaponiya hökuməti bundan öncə də Rusiyanın bütün ərazisinə səyahət üçün üçüncü təhlükə səviyyəsini müəyyən edib və bir daha vətəndaşları hər hansı məqsədlə Rusiyaya səfər etməkdən çəkinməyə çağırıb”, - deyə Hayaşi bildirib

Geri dön