Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş prokuror: Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb, yaxın günlərdə məhkəməyə göndəriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Baş prokuror: Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb, yaxın günlərdə məhkəməyə göndəriləcək

Baş prokuror: Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb, yaxın günlərdə məhkəməyə göndəriləcək


Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bu barədə Xankəndidə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:
"Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".

Geri dön