Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ceyhun Bayramov Darçiaşvili ilə Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatını müzakirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ceyhun Bayramov Darçiaşvili ilə Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatını müzakirə edib

Ceyhun Bayramov Darçiaşvili ilə Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatını müzakirə edib


Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatını müzakirə edib.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, həmkarı ilə üçtərəfli formatda gələcək əməkdaşlıq planlarının müzakirə edildiyini qeyd edib:

“Biz nəqliyyat və energetika sahələrində əməkdaşlığı, Orta Dəhlizin əhəmiyyətini müzakirə etdik. Azərbaycan Respublikası bizim üçün yalnız yaxşı dost deyil, həm də strateji tərəfdaşdır. Birgə səylərimizlə bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirmişik. Bu layihələr regionumuzun mövqeyini gücləndirib. Əminəm ki, gələcəkdə də bu layihələr sayəsində regionun cazibədarlığı artacaq”.

Darçiaşvili həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin müzakirə edildiyini vurğulayıb.

Geri dön