Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib


İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Geri dön