Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır

Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır


"Rusiya Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə dialoqun mümkünlüyü barədə danışarkən deyib.

“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən təmasa, istənilən dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, prezident də bu barədə dəfələrlə danışıb”, - deyə Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində deyib ki, o, Moskva ilə danışıqların mümkün modelini taxıl sazişinə bənzər üçtərəfli saziş formatında görür.

Xatırladaq ki, taxıl sazişi formatında danışıqlarda vasitəçi qismində BMT və Türkiyə iştirak edib.

Geri dön