Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində danışıqlar aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində danışıqlar aparacaq

Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində danışıqlar aparacaq


Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.

Uşakov əlavə edib ki, Vladimir Putin İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Geri dön