Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağı təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağı təklif edib

Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağı təklif edib


Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüş zamanı Ərdoğan ölkəsinin atəşkəs razılığının əldə olunması üçün vasitəçi ola biləcəyini bildirib.

Türkiyənin öz bölgəsində və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini vurğulayan Ərdoğan, həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəl atəşkəs, sonra isə sülhlə sona çatması üçün razılaşmaya zəmin yarada biləcəyini və hər iki tərəfi də qane edəcək ədalətli bir sülhün mümkün olduğunu bildirib.

Beləliklə Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasında vasitəçi olmağı təklif edib.

Geri dön