Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TDT Azərbaycana COP29-la bağlı dəstəyini ifadə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > TDT Azərbaycana COP29-la bağlı dəstəyini ifadə edib

TDT Azərbaycana COP29-la bağlı dəstəyini ifadə edib


Türk Dövlətləri Təşkilatı (TDT) 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyir.

Bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

Bəyyanamədə o da vurğulanıb ki, TDT dövlət başçıları 2023-cü ildə Astana Zirvə görüşündə bəyan edilmiş, nazirlər səviyyəsində daimi Türk Ekoloji Forumunun yaradılması ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsünü və onun Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 2024-cü il noyabrın 11-22-də Bakının ev sahibliyi edəcəyi 29-cu sessiyası (COP29) çərçivəsində keçirilməsi nəzərdə tutulan ilk iclasını alqışlayırlar.

Geri dön