Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ


Azərbaycanın rayonlarında iyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Geri dön