Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Peskov: Türkiyənin Ukrayna münaqişəsinin həlli üzrə təklifini dəstəkləyirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Peskov: Türkiyənin Ukrayna münaqişəsinin həlli üzrə təklifini dəstəkləyirik

Peskov: Türkiyənin Ukrayna münaqişəsinin həlli üzrə təklifini dəstəkləyirik


Türkiyənin Ukraynada münaqişəsinin həlli üzrə beynəlxalq platforma yaradılması təklifini dəstəkləyirik.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dyib.

O həmçinin Vladimir Putinin Ukraynada vəziyyətin diplomatik yolla sabitləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib:

“Biz heç vaxt Ukrayna məsələsində danışıqlardan imtina etməmişik. Əksinə, Rusiya Federasiyası bütün maraqlı tərəflərin iştirak edəcəyi müzakirələrin tərəfdarı olub. Lakin hələlik belə bir platforma mövcud deyil” – deyə, D. Peskov bəyan edib.

Qeyd edək ki, Türkiyənin sözü gedən təklifini xarici işlər naziri Hakan Fidan 10-12 iyun tarixlərində Rusiyada səfərdə olarkən qarşı tərəfə təqdim edib.

Geri dön