Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Birləşdik - 2024" təlimində iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstandadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > "Birləşdik - 2024" təlimində iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstandadır

"Birləşdik - 2024" təlimində iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstandadır


Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.

Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Geri dön