Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avro-2024: Bu gün ilk finalçı məlum olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avro-2024: Bu gün ilk finalçı məlum olacaq

Avro-2024: Bu gün ilk finalçı məlum olacaq


Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
1/2 finalda İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Münxen şəhərində yerləşən “Alyants Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu iyulun 10-da Niderland və İngiltərə yığmaları arasında olacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


Geri dön