Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq


Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmayacaq.

Bu barədə “Armenia Today” Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.

Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda NATO sammiti çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.

Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Geri dön