Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, İdman > Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib


Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Qızlarımız Avropa çempionatına Ermənistan millisini darmadağın edərək başlayıb.

Oyuna sürətli başlayan basketbolçularımız rəqib Ermənistan yığmasını 86-59 hesablı ağır məğlubiyyətə uğradıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.

Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu iyulun 10-da Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.

Geri dön