Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan və Zelenski Vaşinqtonda görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ərdoğan və Zelenski Vaşinqtonda görüşüb

Ərdoğan və Zelenski Vaşinqtonda görüşüb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirakı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Görüş sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, kəşfiyyat rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak ediblər.

Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini, Qara dənizdə taxıl təşəbbüsünün yenidən canlandırılması üçün işlərə başladığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.

Geri dön