Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DSMF yeni təbliğat kampaniyasına start verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > DSMF yeni təbliğat kampaniyasına start verib

DSMF yeni təbliğat kampaniyasına start verib


Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhali arasında "Gələcək pensiyanızın məbləği fərdi şəxsi hesabınıza topladığınız kapitaldan asılıdır. Siz öz hesabınızı izləyirsinizmi?" adlı təbliğat kampaniyasına başlayıb. Bu barədə Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib.

DSMF tərəfindən "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti əhalinin istifadəsinə verilib. Elektron xidmət və xidmətdən istifadə qaydaları Fondun rəsmi internet informasiya ehtiyatında (www.dsmf.gov.az) yerləşdirilib.

Babayev bildirib ki, bu xidmət vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malikdir.

"Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər", - deyən Babayev vurğulayıb ki, vətəndaşların bu xidmət barədə maarifləndirilməsi vacibdir və DSMF bununla bağlı xüsusi tədbirlər planı hazırlayıb.

Tədbirlər planına uyğun olaraq, vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatları DSMF orqanlarına təqdim etmələrinin zəruri olması istiqamətində də maarifləndirmə işləri həyata keçiriləcək. Vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları toplandıqca, həmin məlumatlar da elektron qaydada sistemdə yerləşdiriləcək və bu prosesin uğurla yekunlaşması avtomatlaşdırılmış pensiya təyinatına keçidin reallaşmasına imkan verəcək. DSMF əhalini bu işdə fəal olmağa və öz pensiya təminatında aktiv iştirakçı olmağa çağırıb.

Geri dön