Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu həftə qeydiyyatdan çıxma vəsiqələri DSK-lara veriləcək, ödənişsiz təşviqat üçün medianın siyahısı dərc olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bu həftə qeydiyyatdan çıxma vəsiqələri DSK-lara veriləcək, ödənişsiz təşviqat üçün medianın siyahısı dərc olunacaq

Bu həftə qeydiyyatdan çıxma vəsiqələri DSK-lara veriləcək, ödənişsiz təşviqat üçün medianın siyahısı dərc olunacaq


Bu həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar daha iki hərəkət və tədbir həyata keçiriləcək.
Seçki Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 45 gün qalanadək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələbləri təsdiqləməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 18-dək olan dövrü əhatə edir.

Eyni zamanda iyulun 18-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi təmin olunmalıdır.

Seçki Məcəlləsinin 77.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyası həm də seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra 20 gündən gec olmayaraq birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən media subyektlərində seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq televiziya və radio yayımçılarının və dövri nəşr redaksiyalarının siyahısının dərc edilməsini təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət də iyulun 18-dək olan dövrü əhatə edir.

Geri dön