Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb


"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət oktyabrın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət iyulun 1-nə kimi nəzərdə tutulmuşdu.

Geri dön