Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb


2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub.
2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 1%, yumurta istehsalı 7,4% artıb, yun istehsalı 1,6%, barama istehsalı isə 32,8% azalıb.

Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.

İribuynuzlu mal-qaranın 49,5%-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.

Geri dön