Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > “Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib

“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib


“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.


MN-dən verilən xəbərə görə, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.
Yarışların nəticəsinə əsasən qaliblərə kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.
Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.



Geri dön