Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ, İsrail və Fələstinin Rəfah keçid məntəqəsinin açılması ilə bağlı gizli danışıqlar apardığı bildirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ABŞ, İsrail və Fələstinin Rəfah keçid məntəqəsinin açılması ilə bağlı gizli danışıqlar apardığı bildirilir

ABŞ, İsrail və Fələstinin Rəfah keçid məntəqəsinin açılması ilə bağlı gizli danışıqlar apardığı bildirilir


ABŞ, İsrail və Fələstinin yüksək vəzifəli nümayəndələri ötən həftə Təl-Əvivdə gizli danışıqlar aparıb və bu danışıqlarda Misir və Qəzza zolağının sərhədində yerləşən Rəfah keçid məntəqəsinin yenidən açılması müzakirə olunub.

Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Portalın yazdığına görə ABŞ rəsmiləri bildiriblər ki, nəzarət-buraxılış məntəqəsinin açılması, altı həftə müddətinə girovların mübadiləsini nəzərdə tutan sazişin birinci mərhələsinin həyata keçirilməsi üçün həlledici məqam ola bilər.

Məlumatda danışıqlar prosesində Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurkun, İsrailin Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Barın, Fələstin Dövlətinin Baş Kəşfiyyat Xidmətinin rəhbəri Məcid Fərəcin, Fələstinin mülki işlər naziri və Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyxin iştirak etdikləri bildirilir.


Geri dön