Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb

Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb


Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 821,2 mln. manat xərclənib.

Bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,8% üstələyib.

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Geri dön