Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fələstin lideri: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Fələstin lideri: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər

Fələstin lideri: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər


İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab tədbirlərinə dair qərar verə bilər.

Bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

“Qərar yaxın bir neçə gün və hətta yaxın bir neçə saat ərzində verilə bilər. Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik, dinc əhalinin, qadınların və uşaqların öldürülməsinə qarşıyıq. Nə olacağını hələ proqnozlaşdıra bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq, nəticələrini əvvəlcədən qiymətləndirmək çətin olan müharibə olmayacaq”, - Mahmud Abbas qeyd edib.

Geri dön