Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Zirə" ilk dəfə UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Zirə" ilk dəfə UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib

"Zirə" ilk dəfə UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib


Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

"Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçın 37-ci dəqiqəsində Vedran Oqoviç qonaqları hesabda önə çıxarıb.

Oyunun 54-cü dəqiqəsində Qismət Alıyev penaltidən fərqlənərək tarazlığı bərpa edib.

Matçın 81-ci dəqiqəsində isə Anton Matkoviç Xorvatiya təmsilçisinin ikinci qolunu vurub.

Görüşün 90-cı dəqidəsində Davit Volkovi "Zirə"nin bərabərlik qoluna imza atıb.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmada uzatma dəqiqələr oynanılıb.

Əlavə vaxtda hesab dəyişməz qalıb. Penaltilər seriyasında isə "Zirə" rəqibindən üstün olub - 2:1.

Bununla da “Zirə” UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib.

Xatırladaq ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada 1-1 hesablı heç-heçə qeydə alınmışdı.

Geri dön