Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib

Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib


İsrail tərəfi Qəzza zolağında atəşkəs məsələsində HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş ABŞ-nin yeni təklifini qəbul edib.

Bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə İsrailin fikir ayrılıqlarını aradan qaldırmağa yardımçı olan təklifi qəbul etdiyini və bunu dəstəklədiyini təsdiqlədi. İndi isə eyni şeyi HƏMAS etməlidir”, - Blinken vurğulayıb.


Geri dön