Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AYNA: Bakıya yeni elektrik mühərrikli avtobusların ilk partiyası gətirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > AYNA: Bakıya yeni elektrik mühərrikli avtobusların ilk partiyası gətirilib

AYNA: Bakıya yeni elektrik mühərrikli avtobusların ilk partiyası gətirilib


Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub” - məlumatda deyilir.

Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

Geri dön