Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb

İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb


Bu gün 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunmağa başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq. Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür.

Məlumatda qeyd edilib ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

Geri dön