Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır


Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Geri dön