Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şolts Almaniyanın Ukraynaya dəstəyi azaldacağına dair məlumatları təkzib edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Şolts Almaniyanın Ukraynaya dəstəyi azaldacağına dair məlumatları təkzib edib

Şolts Almaniyanın Ukraynaya dəstəyi azaldacağına dair məlumatları təkzib edib


Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya dəstəyi azaltmaq niyyətində olduğuna dair məlumatları təkzib edib.

Kansler bu barədə alman televiziyasında çıxışı zamanı danışıb.
Bildirib ki, Almaniyanın Ukraynaya kömək etmək vədlərini heç nə poza bilməz.

Bundan əlavə, o, ölkəsinin Kiyevə hərbi yardımı azaltmaq niyyətində olduğu ilə bağlı məlumatlara təəccübləndiyini deyib.

Şolts gələn il Almaniya hökumətinin Ukraynaya hərbi dəstək məqsədilə 4 milyard avro ayırmağı planlaşdırdığını açıqlayıb.

Kansler qeyd edib ki, bu məbləğ digər Avropa ölkələrinin ayırdığı məbləğdən çoxdur.

Bundan əlavə, Şolts xatırladıb ki, G7 ölkələrinin qərarına əsasən, Ukrayna 50 milyard avro kredit alacaq. Bu məbləğin faizləri isə Rusiyanın aktivlərindən əldə edilən gəlirdən maliyyələşdiriləcək.

Almaniya hökümətin rəhbəri deyib ki, bu pulla Kiyev silah ala biləcək.

Qeyd edək ki, bir müddət öncə “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniyanın Ukraynaya hərbi yardım üçün xərcləri kəskin şəkildə azaltdığına dair məlumat yayıb.

İddialara görə, Berlin artıq Ukraynada zədələnmiş alman avadanlıqlarının təmiri üçün ödənişləri dayandırıb.

Geri dön