Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb

Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb


Rusiya ordusunda üç yeni qoşun birləşməsi yaradılıb.

Bu barədə adı çəkilən ölkənin müdafiə naziri Andrey Belousov Sərhədyanı Bölgələrin Təhlükəsizliyi üzrə Koordinasiya Şurasının iclasında bildirib.
O deyib ki, “Belqorod”, “Bryansk” və “Kursk” hərbi birləşmələri sərhədyanı əraziləri və bu bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatları və digər vasitələrlə törədilən hücumlardan müdafiəsini təşkil edəcək.

A. Belousovun sözlərinə görə, bununla da Rusiya ordusunda hərbi birləşmələrin sayı doqquza çatdırılıb.

Geri dön