Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb


İordaniyanın paytaxtı Ammanda keçirilən sərbəst güləş üzrə 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında mübarizəyə start verilib.

Bu barədə Azərbaycan Güləş Fedeeasiyası məlumat yayıb.

Çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb.

Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabı ilə üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.

Muxamad Qantemirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boynundan asıb.


Geri dön