Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb

Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb


Türkiyənin Xarici İşlər Nazirliyindən Türkiyə ilə Suriya arasında normallaşma prosesi ilə bağlı açıqlama verilib.

Açıqlamada münasibətlərin 2011-ci ildən əvvəlki vəziyyətə qaytarılmasının yolunun 4 bənddən keçdiyi bildirilib.

Açıqlamadakı həmin bəndlər aşağıdakı kimidir:

- Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün onu terrorçulardan təmizləmək,

- Suriyanın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində öz xalqının haqlı tələb və gözləntiləri əsasında öz xalqı ilə əsl milli barışığa nail olması,

- Bununla bağlı təhlükəsiz və layiq olduğu kimi qayıdış üçün lazımi şəraitin yaradılması,

- Humanitar yardımların fasiləsiz davam etdirilməsi.

Açıqlamada son olaraq deyilir: “Bu düşüncə bərqərar olaraq real addımlar atılarsa, Suriyanın rifahına, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə verə biləcək addımlara yol açılacaq”.

Geri dön