Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib


ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.

Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.

"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır", - deyə o bildirib.

Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.

Geri dön