Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub

MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, respublika üzrə seçici fəallığı 37,27 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

Geri dön