Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tramp vəzifəyə gəldiyi ilk gündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Tramp vəzifəyə gəldiyi ilk gündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib

Tramp vəzifəyə gəldiyi ilk gündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.

Tramp bunu “X” sosial şəbəkəsində Qəzza zolağının Rəfah bölgəsində altı girovun meyitinin tapılması ilə bağlı xəbərləri şərh edərkən deyib.

"Ölkəmiz və gözəl xalqımız ABŞ prezidenti Co Baydenin dövründə təhlükəsiz deyil və vitse-prezident Kamala Harrisin dövründə daha az təhlükəsiz olacaq. Mən prezident olsaydım, bu dəhşət heç vaxt baş verməzdi və bu dəhşət mən Oval Ofisə qayıdacağım gün dayanacaq.”, - deyə o bildirib.


Geri dön