Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Blinken: Qəzzada atəşkəs HƏMAS-dan asılı olduğu kimi İsraildən də asılıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Blinken: Qəzzada atəşkəs HƏMAS-dan asılı olduğu kimi İsraildən də asılıdır

Blinken: Qəzzada atəşkəs HƏMAS-dan asılı olduğu kimi İsraildən də asılıdır


“Qəzza zolağında atəşkəsə nail olmaq HƏMAS hərəkatından asılı olduğu kimi İsraildən də asılıdır. ABŞ yaxın günlərdə onlardan bu məsələ ilə bağlı yekun cavab alacağına ümid edir”.

Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Haitiyə səfərindən sonra Port-o-Prensdə keçirdiyi mətbuat konfransında deyib.

"İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bu qalan məsələlərdə razılığa gəlməlidir və biz bunun üçün ilk növbədə tərəfdaşlarımız Misir və Qətərlə çox fəal danışıqlar aparırıq. Gözləyirəm ki, yaxın günlərdə fikirlərimizi İsrail və HƏMAS ilə bölüşəcəyik, üçümüz həll olunmamış qalan məsələlərin necə həll olunacağını dəqiq müzakirə edəcəyik ", - deyə o, bildirib.


Geri dön