Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərb F-16 qəzasından sonra Ukrayna pilotları üçün təlim proqramını dəyişməyi düşünmür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qərb F-16 qəzasından sonra Ukrayna pilotları üçün təlim proqramını dəyişməyi düşünmür

Qərb F-16 qəzasından sonra Ukrayna pilotları üçün təlim proqramını dəyişməyi düşünmür


Qərb ölkələri bu yaxınlarda F-16 qırıcısının qəzaya uğramasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin pilotlarının öz bazalarında təlim proqramını dəyişməyi hələ planlaşdırmır.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

Onların fikrincə, Qərb rəsmiləri Ukraynanın F-16-ları aldıqdan bir neçə həftə sonra və kifayət qədər təcrübəyə malik pilotlar olmadan döyüşə göndərmək qərarının nə qədər doğru olduğunu müzakirə edirlər.

Nəşrin mənbələrindən biri qeyd edib ki, hazırkı təlim proqramını tənzimləmək planları olmasa da, qəza tələskənliyin nəyə gətirib çıxardığını göstərdi. O əlavə edib ki, hadisənin dəqiq səbəbləri hələ də müəyyən edilir. Ukrayna istintaqa rəhbərlik edir, lakin ona ABŞ-dan olan müşavirlər kömək edir.

“The Wall Street Journal” yazır ki, az sayda ukraynalı pilot ABŞ, Rumıniya və Danimarkada təlimlərini davam etdirir. Onların bazalarında nə qədər pilotun hazırlandığı dəqiqləşdirilməyib. Qərb və Ukrayna rəsmiləri hesab edir ki, Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində F-16-ların tam eskadrilyasını idarə etmək üçün kifayət qədər təlim keçmiş pilotlara malik olacaq.


Geri dön