Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir

İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir


Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və bu, İran üçün qırmızı xətdir.

Bu barədə İran xarici işlər naziri Abbas Araqçi “X” hesabında paylaşımında bildirib.

“Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur.

Qonşularımızın ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi İran üçün tamamilə qəbuledilməzdir və bu, qırmızı xətdir”, - diplomat qeyd edib.


Geri dön