Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-də Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulandı.

Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olundu, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edildi.

Geri dön