Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniya XİN rəhbəri: Rusiya Prezidentinin nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Britaniya XİN rəhbəri: Rusiya Prezidentinin nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir

Britaniya XİN rəhbəri: Rusiya Prezidentinin nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir


Rusiya Prezidentinin Qərb Kiyevə daha çox silah göndərərsə nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri David Lammy deyib.

Bu həftə Vaşinqtonda Böyük Britaniya Baş naziri Keir Starmer və ABŞ Prezidenti Co Bayden arasında danışıqlarda Ukraynanın Rusiyaya uzaqmənzilli raketlərlə vurmasına icazə verilməsi ilə bağlı heç bir qərar verilməyib.

Britaniya XİN rəhbəri belə bir qərarın niyə verilməməsinin təfərrüatlarını müzakirə edə bilməyəcəyini lakin Ukraynaya əlavə raket tədarükü ilə bağlı müzakirələr olduğunu deyib.

Qeyd edək ki, Zelenski bir neçə aydır ki, Britaniyanın “Storm Shadow” raketlərindən və ABŞ istehsalı olan “ATACMS” raketlərindən Rusiyada hədəfləri vurmaq üçün istifadəyə icazə istəyir.

Bayden və Starmer cümə günü görüşləri zamanı bununla bağlı qərarı təxirə salıblar.

Putin isə Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadənin NATO-nun döyüşlərdə birbaşa iştirakı anlamına gələcəyini bildirib.

Geri dön