Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub

“Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi davam edir.

Nazirlikdən verilən məlumata görə, layihənin növbəti günündə “Nizami Muğam dünyası” adlı konsert proqramı baş tutub.

Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Sevinc Sarıyeva, Elgiz Əliyev, Nisbət Sədrayeva tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubovun müşayiəti ilə "Dumanlı Təbriz” tamaşasından “Qönçələbin mahnısı”, “Şikəsteyi - fars təsnifi”, “Gəncədən fayton gəlir” mahnısını ifa ediblər.

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti, Sahil Quliyevin bədii rəhbərliyi ilə Şirxan Cahangirov və Azər Verdiyev "Küçələrə su səpmişəm", Ələkbər Tağıyevin "Sənə qurban" mahnıları ilə çıxış ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Geri dön