Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveç Türkiyədə keçiriləcək təhlükəsizlik toplantısını təxirə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > İsveç Türkiyədə keçiriləcək təhlükəsizlik toplantısını təxirə salıb

İsveç Türkiyədə keçiriləcək təhlükəsizlik toplantısını təxirə salıb


İsveç Türkiyə təhlükəsizlik toplantısını nəqliyyatla bağlı problemə görə təxirə salıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, İsveçin xarici işlər naziri və ədliyyə nazirini daşıyan təyyarə Türkiyəyə gedərkən texniki problemlə üzləşərək Stokholma qayıdıb.

Bu səbəbdən təhlükəsizlik toplantısı təxirə salınıb.

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, ekipaj və sərnişinlər üçün heç bir təhlükə yoxdur və görüş üçün yeni tarix təyin olunacaq.

Qeyd edək ki, Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantının bu gün Ankarada keçirilməsi planlaşdırılırdı.


Geri dön