Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan edib

Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan edib


Suriya prezidenti Bəşər Əsəd 22 sentyabr 2024-cü il tarixinədək törədilmiş cinayətlər və qanun pozuntuları üçün ümumi amnistiya nəzərdə tutan fərman imzalayıb.

Suriyanın SANA xəbər agentliyində dərc olunan xəbərə görə, fərman 3 ay ərzində ölkə daxilində, 4 ay ərzində xaricdə təslim olan məhkumlarla yanaşı, gizlənən və hüquq mühafizə orqanlarından qaçan məhkumlara da şamil olunacaq.

Bundan başqa, cəmiyyətə və dövlətə qarşı təşkil olunan bəzi ağır cinayətlər, rüşvətxorluq, vəzifə saxtakarlığı və ümumi mənəviyyata zidd olan bəzi cinayətlər istisna olmaqla, bütün cinayətlərə və pozuntularla bağlı cəzalara ümumi amnistiya nəzərdə tutulur.

Bütün baş verənlərə baxmayaraq kreslosunu qoruyub saxlayan Suriya prezidenti Bəşər Əsəd müharibə səbəbilə ölkəni tərk etmiş vətəndaşlarının ölkəyə qayıtması üçün amnistiya elan etməyə davam edir.

Qeyd edək ki, bundan əvvəl də 25 dəfə Suriya xalqı üçün əfv elan edən və geri qayıtmalarını istəyən Əsəd bu çağırışlarda uğur qazmasa da çağırışlarını davam etdirməkdən əl çəkmir.


Geri dön