Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > 8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb

8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb


Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.

Geri dön