Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərməklə bağlı qərar qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərməklə bağlı qərar qəbul edib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərməklə bağlı qərar qəbul edib


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə yerləşən hazırkı qüvvələrinə döyüş təyyarələri və bir neçə min canlı qüvvə göndərəcəyini açıqlayıb.

Bu qərar İsrailin Qəzza, Livan, Yəmən və Suriyaya artan hücumları fonunda verilib.

Qərarı Pentaqon rəsmisi Sabrina Sinqx gündəlik mətbuat konfransında açıqlayıb.

"Müdafiə Nazirliyi regionda təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün Yaxın Şərqdə ABŞ qüvvələrinin güc mövqeyini daha da qüvvətləndirəcək addımlar atır", - deyə Sinqx bildirib.

ABŞ hava hücumundan müdafiəni gücləndirmək üçün mövcud hərbi kontengentə əlavə olaraq F-15E “Strike Eagle”, F-16, A-10 və F-22 döyüş təyyarələri və onlara xütmət göstərəcək bir neçə min hərbi personalı bölgəyə göndərəcək.

Geri dön