Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirilib

Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirilib


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunub.

Filarmoniyadan verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşdıırılan layihənin ilk günü Samux Rayon Qarayeri qəsəbəsi UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı baş tutub.
Qeyd edək ki, Fuad Ramazanov, Zəminə Mustafayeva, Hüseyin Qələndərli, Səlim Əliyev, Leyla Mehtiyeva, Hafiz Həsənovun ifasında "Çahargah" muğamından “Bəstə-Nigar” şöbəsi və təsnif, "Şur" təsnifi, "Arazbari" ritmik muğamı, “Rast" muğamından "Dilkəş" şöbəsi və təsnif, "Segah" təsnifi səsləndirilib.



Geri dön