Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik

Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik


ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və İsrailin Tehrana eyni ölçülü cavab verməli olduğunu bildirib.

Bayden “Helen” qasırğasının vurduğu Şimali və Cənubi Karolinaya səfər etmək üçün təyyarəsinə minməzdən əvvəl Yaxın Şərqdəki son hadisələrə münasibət bildirib.

Bayden jurnalistlərin mövzu ilə bağlı sualına cavab verərkən İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.

İsrailli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini bildirən Bayden, həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin eyni ölçülü cavab verəcəyinə razılaşdıqlarını qeyd edib.


Geri dön